Avropa Komissiyası (AK) Ukraynaya dron və raketlərin alınması üçün 1,24 milyard avro vəsait ayırıb.
KONKRET.az xəbər verir ki, bu barədə AK-nin saytında məlumat verilib.
Açıqlamada qeyd olunur ki, maliyyələşdirmə Ukrayna müəssisələri tərəfindən istehsal olunan dronların, dronları zərərsizləşdirən vasitələrin, həmçinin dron və raketlər üçün sursatların alınmasını əhatə edir.
Bildirilir ki, vəsait Ukraynaya dəstək məqsədli 90 milyard avroluq kreditin müdafiə komponenti çərçivəsində ayrılacaq. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu vəsaitlərin ayrılması Ukraynanın müdafiə sənayesinin gücləndirilməsinə kömək edəcək.
