Koçaryan və Sarkisyanın maliyyələşdirdiyi Ermənistanın rusiyapərəst mətbuatı KTMT-nin dürüstlüyünə şübhə etdiyinə görə Milli Assambleyanın sədri Alen Simonyana qarşı qəzəblə hücuma keçib. Xatırladaq ki, Moskva bəyan edib ki, İrəvan maraqlı olarsa, bir-iki gün ərzində Ermənistan və Azərbaycan sərhədində KTMT-nin monitorinq missiyası yerləşdirilə bilər. Simonyan isə bu məsələ ilə bağlı Lavrova cavab verib. “Bu ehtimalın reallaşacağına əmin deyiləm. KTMT-də öz maraqları olan müxtəlif ölkələr var. Onlardan biri bu təklifə veto qoyacaq. Bizə heç nə demədikləri üçün təfərrüatlarını bilmirəm”, – deyə Simonyan vurğulayıb.
KONKRET.az xəbər verir ki, erməni analitik Tevos Arşakyan məqaləsinə bu fikirlərlə başlayıb.
Aydın məsələdir ki, Ermənistanın rusiyapərəst mətbuatı öz quldurluğunu ört-basdır etməlidir. Ona görə də o, ac çaqqal sürüsü kimi Simonyana hücum edirlər. Hakimiyyət isə özünün əsl vəzifəsini Rusiyanı regiondan sıxışdırıb çıxarmaqda və bu məsələdə Qərbin xüsusi xidmət orqanlarına hər cür yardım göstərməkdə görür. Amma Koçaryan və Sarkisyanın birbaşa göstərişi ilə bu korrupsioner mətbuat oxucuları Simonyandan çox Lavrova etibar etməyə çağırır. Bu, başa düşüləndir. Maliyyə və dəstəyi itirməmək üçün hər şeyə hazırdırlar. Təbii ki, İrəvan növbəti parazitlərin (KTMT) Ermənistan ərazisində peyda olmasında maraqlı deyil. İrəvan açıq şəkildə bildirdi ki, nə Lavrova, nə Rusiyaya, nə də KTMT-yə güvənmir. Bütün baş verənlərdən sonra onlara necə etibar etmək olar? Artıq Rusiya və KTMT bizə xəyanət edib. Odur ki, Lavrovun danışdığı KTMT missiyası bizdə etimad yarada bilməz”, – erməni analitik vurğulayıb.
“Sərhədimizin təhlükəsizliyini açıq şəkildə azərbaycanpərəst mövqe tutan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstana necə həvalə edə bilərik? Axı, aydındır ki, Azərbaycan əleyhinə KTMT üzvü olan bir ölkə belə səs verməyəcək. Bəs niyə biz Moskvanın imperiya ambisiyalarına cavab verməliyik və onun missiyasını ərazimizə buraxmalıyıq? Amma Aİ missiyasının xeyrinə seçim əvvəldən müəyyən edilib və “strateji müttəfiqimizin” satqınlığı ilə diktə olunub. Və Qərbin Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və ya zəiflətmək planından Ermənistan ən sonda narahat olmalıdır. Bizim üçün əsas olan sərhədlərimizin təhlükəsizliyidir ki, Qərb indiki şəraitdə bunu təmin etməyə hazırdır”, – deyə Arşakyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az