5-ci kolonun şərləmə mexanizmi barədə SENSASİON TƏFƏRRÜATLARbackend

5-ci kolonun şərləmə mexanizmi barədə SENSASİON TƏFƏRRÜATLAR

Fadil PAŞAYEV

Əslində bu yazıda toxunacağımız məqamları Azərbaycanın siyasi həyatı ilə yaxından-uzaqdan əlaqəsi olan hər kəs bilir. Amma gəlin unutmayaq ki, sadə bildiyimiz hadisə və əşyaların strukturu təsəvvür etdiyimizdən də mürəkkəb olur. Biz sadəcə bunlara səthi yanaşır, uzun zamandan sonra məsələlərə böyüdücü şüşə ilə baxırıq. Lakin etiraf edək ki, düzgün analiz aparmaq üçün ayrı-ayrı epizodları əlaqələndirmək üçün dəridən-qabıqdan çıxmağa ehtiyac yoxdur. Çünki son 25 ilin təcrübəsi imkan verir ki, canlı yaşadığmız tarixi və ya tarix hesab etmədiyimiz yaşadıqlarımızın hesabatını dəqiq və qərəzsiz aparaq. Söhbət son günlər siyasi leksikonumuzdan gündəlik danışıq tərzinə çevidyimiz 5-ci kolonun mövcudluğu və onların illərlə ölkəmizdə məqsədli şəkildə həyata keçirdiyi çirkin siyasi oyunlardan gedir.

Təsadüfi deyil ki, bu gün 5-ci kolonun başında duran Ramiz Mehdiyevin qonşu dövlətə hədsiz “sədaqəti”nə, ölkəmizdə bu dövlətin maraqlarının təmin olunması istiqamətində fəaliyyətinin ayrı-ayrı məqamlarına diqqət edilir, mediada bununla bağlı ciddi faktlar ortaya qoyulur. Dövlət içində dövlət və ya paralel dövlətçilik missiyası ilə Azərbaycanın inkişafına vurulan zərbələr isə illər keçdikcə hiss edilir, idarəçilikdə mövcud olan dərin yaralardan axan qan ölkənin siyasi mənzərəsini daha da tündləşdirir. Prezident İlham Əliyevin ciddi cəhdlə apardığı islahatlar nə qədər dərin olsa da, 5-ci kolonun siyasi fəaliyyəti əksər hallarda bu tədbirlərin təsirliliyini azaldırdı. Dövlət başçısının da dediyi kimi bir sıra sahələrdə buraxılan kobud səhvlər həmin düşərgənin məqsədyönlü fəaliyyətinin nəticəsi idi.

Bütün bunları əsas gətirərək əminliklə deyə bilərik ki, 5-ci kolonun, daha dəqiq ifadə etsək, Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün və ona tabe olan düşərgənin fəaliyyət istiqamətləri geniş zolağı əhatə edib. İdarəçilikdən tutmuş inhisarçılığa qədər, mediadan tutmuş iqtisadi, təhsil, mədəniyyət və digər sektorlarda kök atmış və irinləmiş Mehdiyev üsul-idarəsi müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev və Prezident İlham Əliyev barəsində dezinformasiyaların yayılmasında da böyük “xidmətlər” göstərib.

Əlahəzrət faktlar nə deyir?

5-ci kolonun ən böyük uğurlarından biri Dövlətə, dövlətçiliyə və Heydər Əliyev siyasi kursuna sadiq şəxslərin, yüksək çinli məmurların, diplomatların, ziyalıların şərlənməsi mexanizminin qurulması idi. Bu sahədə Əli Həsənovun xidmətləri əvəzsiz idi.

Məhz Əli Həsənovun kurasiyasında olan media, o cümlədən Ramiz Mehdiyevin əlaltıları müxtəli üsullarla şərləmə mexanizmini tətbiq etməklə istər cəmiyyətdə, istərsə də ən ali rəhbərlikdə həmin məmurlar haqqında pis fikir formalaşdırmağa nail olur, hakimiyyətin vahid komandasını sarsıtmağa çalışırdı. Əksər hallarda buna nail olunurdu. Mühacir mediaya məlumatlar elə “bəzədilmiş” şəkildə ötürülürdü ki, bu, heç bir təxəyyülün məhsulu ola bilməzdi. Yalnız Ramiz Mehdiyev şəbəkəsinin “istehsal etdiyi” dezo-məlumatlar məharətlə öz işini görə bilərdi.

Oxucuların nəzərinə Azərbaycan Televiziyasının “İnformasiya Proqramları” Studiyasında işlədiyim illərdə şahidi olduğum bir neçə hadisəni çatdırmaq yerinə düşər.

Birinci hadisə kimi Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyəti ilə bağlı “Xəbərlər” proqramında hazırlanan reportajın müxtəlif üsullarla qarşısının alınmasını göstərə bilərəm. Yadımdadır ki, o dövrdə televiziya rəhbərliyinə elə həddə təzyiqlər edilirdi ki, Fondun tədbiri ya işıqlandırılmasın, ya da xəbər ana buraxılışda efirə getməsin. Hətta Əli Həsənovun bununla bağlı AzTV rəhbərliyinə etdiyi ciddi təzyiqini işdə hər kəs danışırdı. Bəzən qocaman iş yoldaşlarımızla söhbətlərimizdə dəfələrdə deyilirdi ki, Mehdiyev və Həsənov bunu AzTV-yə bağışlamayacaq.

Sonradan tanınmış diplomat, Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri işləmiş Daşqın Şikarovun da özünün facebook statusunda bu hadisəni başqa şəkildə işıqlandırılması mənə bu epizodu detalına qədər xatırlatdı. Dəyərli oxucuları hörmətli diplomatımızın yazdığı statusa diqqətini yenidən çəkmək yerinə düşür: “Təəssüf hissi ilə qeyd etməliyəm ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən genişmiqyaslı layihələr ermənilərlə yanaşı, Azərbaycan xalqına və dövlətinə düşmən kəsilən bəzi insanlar tərəfindən ikrah hissi ilə qarşılanmış, Fondun dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində keçirilən layihələrə mane olmaq məqsədilə dəfələrlə müxtəlif təzyiqlər göstərilmişdir. Göstərilən təzyiqlərə əhəmiyyət verilmədiyini görən, Azərbaycanı sevməyən qüvvələr  2014-ci ilin oktyabr ayında telefon açaraq Fondun xətti ilə keçirilən tədbirlərə son veriləcəyi təqdirdə müxtəlif şirnikləndirici vədlər verərək buna mane olmağa çalışmış, “yox” cavabı aldıqdan sonra ciddi problemlərlə qarşılaşacağımı bildirmişlər. Qeyd olunan şirnikləndirici vədlər və təhdidlərlə bağlı 07.10.2014-cü il tarixində XİN-ə rəsmi məktub göndərərək Azərbaycan dövlətini və xalqını sevməyən bu insanların araşdırılmasını və ifşa olunmasını xahiş etmişdim”.

AzTV-də işlədiyim illərdə digər bir fakt Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin andiçməsindən hazırlanan reportajın ana xəbərdə getməməsi üçün televiziyanın əsas ötürücü kabellərindən birinin kəsilməsi idi. Vaxtında həyata keçirilən tədbirlər nəticəsində o vaxt kabel xətti bərpa edildi və “Xəbərlər”in 20:00 buraxılışı efirə getdi.

Göründüyü kimi, 5-ci kolonun məqsədi aydın idi. Bu düşərgənin yüksək ranqlı məmuru olan Əli Həsənov bu işləri qaraçı psixologiyası ilə elə hazırlayırdı ki, bunu normal ağla sahib olan hər kəs dərhal başa düşürdü.

Bu yerdə Aslan İsmayılovun çıxışlarından birini də qeyd etməyi lazım bilirəm. Tanınmış hüquqşünasın “Milli Məclisin sabiq deputatı, xalq artisti Zeynəb Xanlarovaya qarşı kütləvi nifrət var. Bunu Ramiz Mehdiyev edib” açıqlamaları da onu sübut edir ki, Ramiz Mehdiyev mexanizmi onun şinelindən çıxmayan vəzifəli şəxslərə deyil, cəmiyyətin digər tanınmış simalarına qarşı da tətbiq olunub.

Hüquqşünas Aslan İsmayılov “Facebook” sosial şəbəkəsində “canlı yayımda” qeyd edib ki, Milli Məclisin deputatları əvvəlcə R.Mehdiyevin otağından “keçməli” idilər: “Deputatlar Ramiz Mehdiyevin razılığını alırdılar. Zeynəb Xanlarova da Prezident Administrasiyasına dəvət olunub və gedib. Otaqda Ramiz Mehdiyevdən başqa Fatma Abdullazadə, Zeynal Nağdəliyev də olub. Zeynəb Xanlarova biləndə ki, onu Milli Məclisin deputatı olub-olmayacağını təsdiq etmək üçün dəvət ediblər, Ramiz Mehdiyevə ağzından çıxanı deyib və qapını çırpıb gedib. Sonra bütün informasiya vasitələri Zeynəb Xanlarovadan “xortdan” obrazı düzəltdilər. Ramiz Mehdiyev insanları necə didərgin salmağı, pisikdirməyi yaxşı bilir…”.

Görünən o idi ki, Ramiz Mehdiyev ölkədə ikili hakimiyyət yaratmaq istəməklə öz çirkin niyyətlərini gerçəkləşdirmək istəyib. O unudub ki, o, heç vaxt dövlət xadimi ola bilməyib və gerçək siyasi sifətini ortaya qoymaqla iç üzünü açıb.

Ramiz Mehdiyev fəaliyyəti boyu üç məqamı yaddan çıxarıb:

Birincisi, təmənnasız sədaqəti;

İkincisi, Allahın ona verdiyi şansı – Dövlətə əsl xidmət şansını;

Üçüncüsü, vəzifənin əbədi olmamasını.

Ramiz Mehdiyevin indi onu tənqid edənlərin sırasında vaxtilə yaxşılıq etdiyi adamları görəndə hiddətlənməsi də əbəsdir. Axı 82 yaşlı qoca normalda yaxşı başa düşməlidir ki, onları nankorluqda ittiham etmək doğru deyil. Çünki o, özünə tabe elədiklərində elə bir qorxu yaratmışdı ki, bu qorxu sonradan nifrətə çevrilməyə bilməzdi. Bu baxımdan Makiavellinin təbirincə desək, Ramiz Mehdiyevlə Əli Həsənova duyulan şiddətli qorxu şiddətli nifrətlə əvəz olunub.

Bir də Sokrat deyirdi ki, insanı susmağa məcbur etməklə onu öz fikrini dəyişdirməyə məcbur etmək olmaz. Vaxtilə sənin haqqında susanlar göstərdilər ki, haqqında illərlə formalaşmış fikirlərini heç zaman dəyişməyiblər.

Bəli, 5-ci kolonun gücü bitir. Artıq  Mehdiyev-Həsənov cütlüyü qanunları hörümçək toruna çevirə bilməyəcək. Sədaqətli dövlət qulluqçularını, vəzifəli şəxsləri, ziyalıları özlərinin yaratdığı torda ilişdirə bilməyəcəklər. Çünki o tora zavallı, miskin şəkildə özləri düşüb.

Ölkə gündəmini zəbt etmiş “Nəvə toyu” sindromu da bu deyilənlərin nə qədər həqiqət olduğunu üzə çıxardı. Sevindirici haldır ki, Prezident İlham Əliyevin siyasi iradəsi yenə öz sözünü dedi və dövlətə xəyanət edənlər ifşa edildi. Xanımlar və cənablar, Biz yeni bir mərhələnin başlanğıcındayıq. Yolumuz mübarəkdir!

(Ardı var)

 

  • Professor
    Sentyabr 17, 2020 - 12:56

    Hörmetli Fadil müellimden ! Bir şeyi sorulmak isterdim, umarım Sizin badiresi ile cevap verer.
    1. Ramiz Mehdiyev nece AMEA nın prezidenti seçildi, kim onun kandidaturasımı ireli sürdü.
    O dönem Hörmetli Prezident gençleşme siyaseti başlamıştı, Baş Nazir değişti, üç baş nazir yaşa göre pensiyaya gönderildi.
    Bu veziyette nece oldu ki, Ramiz Mehdiyev, yaşına göre erişe veren Akif Alizade’nin yerine Ramiz Mehdiyev seçildi, kim bunun taraftarı idi, akademiyada diğer bir namizet oku idi mi;
    2. Ramiz Mehdiyev ne için Ğeezident Apparatan ayrılırken , ne için Heyder Aliyev örsen ile mükafatlandı ve milli tehlikesizlik şurasının şahsı üzvü seçildi, bu kimin fikirli idi Prezidentimizin yahut Mehdiyevin;
    3. Bele çıktı ki, prezidentimiz Mehdiyevi işten çıkmasını teklif etti, Prezident anladıkı, Mehdiyev onun yenileme siyasetine bir tormuzudu. Buna göre vazifeden gitmesini teklif etti.
    Mehdiyev ise bu talebleri ortaya koydu. Kalanını biz gördük

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*