500-ə yaxın məktəb fəaliyyətini dayandırıbbackend

500-ə yaxın məktəb fəaliyyətini dayandırıb

Fransada davam edən etiraz aksiyaları səbəbindən 400-500 məktəb tam və ya qismən fəaliyyət göstərmir. Etirazlar zamanı 24 məktəbə od vurulub və ya dağıdılıb.

KONKRET.az xəbər verir ki, Fransanın təhsil naziri Eduar Jefr məktəblərin bağlanmasını təhlükəsizlik təhdidləri ilə əlaqələndirib. Nazir bildirib ki, etirazlar başlayandan bəri təhsil sahəsində 78 əməkdaş zərər çəkib.

Jefr qeyd edib ki, ifrat solçu təxribatçılar etiraz hərəkatını “ələ keçirib” və “son dərəcə zorakı üsullara əl atıblar”.

Nümayişlər sentyabrın 21-də Parisin ətrafındakı liseylərdən birində başlayıb və daha sonra ölkə üzrə kütləvi etirazlara çevrilib. Yuxarı sinif şagirdləri siniflərin həddindən artıq sıx olmasından, müəllim çatışmazlığından, məktəblərin bərbad vəziyyətindən və onların fikrincə, həddindən artıq yüklənmiş dərs cədvəlindən narazıdırlar.

Bir sıra şəhərlərdə yeniyetmələrlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib. Polis şagirdlərə qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Etirazlar zamanı 5 mindən çox insan saxlanılıb. Onların 85 faizinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir.

Etiraz hərəkatının liderləri hökumətin “konkret tədbirlər” görməməsini əsas gətirərək aksiyaların oktyabrın 6-dan, çərşənbə axşamından etibarən daha da gücləndirilməsinə çağırıblar.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*