“Çılgın Bediş” serialında “Oktay” obrazıyla yaddaşlara həkk olunan Cenk Torun 52 yaşında olmasına baxmayaraq, fit görünüşü ilə diqqət çəkir.
KONKRET.az xəbər verir ki, son olaraq “Esaret” serialında “Orhun Demirhanlı” obrazını canlandıran Torun iştirak etdiyi tədbirlərdən birində jurnalistlərin suallarını cavablandırıb.
Müxbir ondan yaraşıqlı görünməsinin sirrini soruşub. Aktyor müntəzəm şəkildə idman etməklə yanaşı, qidalanmasına da ciddi nəzarət etdiyini bildirib:
“Hər kəs hamburger, pizza yeyərkən mən toyuq-plov yeyirəm. İlk insan kimi qidalanıram”.
52 yaşlı aktyor formada qalmaq üçün şirniyyat yemədiyini də vurğulayıb.\\musavat.com


