60 yaşlı kişi 8 gün sonra dağıntılar altından ÇIXARILDIbackend

60 yaşlı kişi 8 gün sonra dağıntılar altından ÇIXARILDI

Adıyamanda baş verən zəlzələnin 8-ci günündə 60 yaşlı Mustafa Berkcan Umut Kent mənzilindən sağ-salamat çıxarılıb.

KONKRET.az xəbər verir ki, aralarında Mardin Böyükşəhər Bələdiyyəsinə bağlı qrupların da olduğu axtarış-xilasetmə qrupları Adıyaman Umut Kent Mənzilində dağıntılar altında qalan 60 yaşlı Mustafa Berkcanı sağ-salamat çıxarıb.

Sağ qalan zəlzələ qurbanı hazır vəziyyətdə saxlanılan təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə böyük dağıntı ilə baş verən zəlzələdən 8 gün keçir.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparan qrupların zamanla yatışmağına baxmayara, hələ də dağıntılar altından insanları sağ çıxartmaq ümidləri davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*