“Toyota” və VAZ avtomobilləri yandıbackend

“Toyota” və VAZ avtomobilləri yandı

Quba və Xaçmaz rayonlarında iki avtomobil yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Quba rayonunun Məckəxacə kəndində VAZ markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.

Xaçmaz rayonunun Üçgünqışlaq kəndində isə “Toyota” markalı minik avtomobili bütünlüklə yanıb.

Hər iki halda alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*