7 rəqəmini sevdiyi üçün 1 milyon dollar qazandıbackend

7 rəqəmini sevdiyi üçün 1 milyon dollar qazandı

ABŞ-ın Şimali Karolina ştatında birnəfər 7 rəqəmini sevməsi və uzun müddətdir bu rəqəmə diqüqət etməsi nəticəsində 1 milyon dollar mükafat qazanıb. 

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, Tomas Munoz adlı şəxs “Candor V Mart” mağazasında 10 dollarlıq “Triple Red 777 Jackpot” lotereya biletini gördüyünü və dərhal onu almaq qərarına gəldiyini bildirib.

O, mağazada bileti pozub və 1 milyon dollar qazanıb. “Yeddi mənim rəqəmimdir. Mən 1977-ci ildə, ayın 7-də anadan olmuşam”, – Munoz bildirib.

Tomas Munoz bildirib ki, pulun bir hissəsi ilə yatırım edəcək, qalan hissəsini isə klassik avtomobilləri bərpa etmək hobbisinə xərcləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*