8 ayda dövlət büdcəsindən 224,2 milyon manat geri qaytarıldıbackend

8 ayda dövlət büdcəsindən 224,2 milyon manat geri qaytarıldı

2026-cı ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsindənfiziki və hüquqi şəxslərə ümumilikdə 224 milyon 195,4 min manatməbləğində vəsait geri qaytarılıb.

KONKRET.az xəbər verir ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərinpərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-ninqaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-ninbir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*