9 və 7 yaşlı qardaşları maşın vurdu: Biri öldü – Qobuda FACİƏbackend

9 və 7 yaşlı qardaşları maşın vurdu: Biri öldü - Qobuda FACİƏ

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub.

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilsə də, Rüstəm orada vəfat edib.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*