“Sabah Nikol Arsaxın təslimini və bəzi ərazilərin türkləşdirilməsini təsdiq edəcək” – Zakaryanbackend

"Sabah Nikol Arsaxın təslimini və bəzi ərazilərin türkləşdirilməsini təsdiq edəcək" - Zakaryan

“Sabah onlar Brüsseldə toplaşaraq, Nikolun Arsaxın Azərbaycana təslim olmasına və Ermənistanın bəzi ərazilərinin türkləşdirilməsinə sadiqliyini bir daha təsdiq edəcəklər”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan öz Facebook səhifəsində təəssüflə yazıb. O, kədərini belə ifadə edib:

“Sabah onlar Nikolun Arsaxın Azərbaycana təslim olmasına və Ermənistanın bəzi ərazilərinin türkləşdirilməsinə sadiqliyini bir daha təsdiqləmək üçün Brüsseldə toplaşacaqlar. Nikol Brüsseldə bir daha bəyan edəcək ki, erməni xalqının tarixində müstəsna anti-erməni hadisəsi kimi Ermənistanı və erməniləri məhv etmək üçün ona həvalə edilmiş işi davam etdirməyə hazırdır”.

Daha sonra ermənilərə 30 ildə tapa bilmədikləri “əzm və güc” arzu edib.

“Sabah Brüsseldə türklərin və Nikolistlərin erməni xalqına qarşı mübarizəsinin ikinci mərhələsi baş tutacaq.
Allah dərdinə biganə qalan xalqımıza nəhayət əzm və güc versin.
Qalx! Heç kim bizə Nikolun və onun sui-qəsdçi xuntasının girovu və qurbanı olmaq hüququ verməyib”, – deyə Zakaryan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*