İran nüvə proqramı üzrə Qərblə dərhal konstruktiv danışıqlara başlamağa hazırdır, lakin onlar razılığa gəlməlidir.
KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Çinin CCTV telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə ABŞ-nin nüvə sazişindən çıxması o zaman strateji səhv idi. Tehran nüvə proqramına etimadı gücləndirməyə kömək edəcək sanksiyaların ləğvinin tərəfdarıdır. Xatırladaq ki, bir müddət əvvəl amerikalı diplomat Riçard Nefyu yazmışdı ki, nüvə proqramı üzrə danışıqlar uğur gətirməsə, ABŞ İrana hücum edə bilər.
Vəli Həsənoğlu,
KONKRET.az