Abdin Fərzəliyev Abşeronda ixtisarlara başladı: Bəzi məmurlar vəzifəsini itirdibackend

Abdin Fərzəliyev Abşeronda ixtisarlara başladı: Bəzi məmurlar vəzifəsini itirdi

Bir neçə gün öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Abdin Fərzəliyev artıq kadr ixtisarlarına başlayıb.

KONKRET.az-a özəl mənbədən daxil olan məlumata görə, Abdin Fərzəliyev qəsəbə icra nümayəndələrinin izahatını alaraq, onlara yaxşı işləməyi tapşırıb.

İcra başçısının həmçinin Saray və Masazır qəsəbə icra nümayəndələrini işdən azad etdiyi bildirilib.

Mənbənin məlumatına görə, Abdin Fərzəliyev Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Quliyevi də vəzifəsindən azad edib.

Yeni başçının əmri ilə İlkin Əsədov ümumi şöbəyə (sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi) müdir təyin olunub.

Müşviq Tofiqoğlu

KONKRET.az 

  • Namiq
    Yanvar 28, 2022 - 18:57

    Abşeron rayon İH başçısı Saray qəsəbəsinə səfər edib, küçələri gəzsə yəqin çox şeylərin şahidi olar: keçilməz və qaranlıq küçələr və s.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*