Məşhur türkiyəli müğənnini 10 İL HƏBS GÖZLƏYİR – FOTObackend

Məşhur türkiyəli müğənnini 10 İL HƏBS GÖZLƏYİR - FOTO

Türkiyənin tanınmış müğənnisi İlyas Yalçıntaş narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Ankara Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında populyar sənətçi üçün ən azı 10 il azadlıqdan məhrumetmə cəzası tələb edilir.

Hüquq-mühafizə orqanlarının müğənninin mənzilində apardığı axtarış zamanı narkotik maddələrin qablaşdırılması üçün istifadə olunan alətlər və qadağan olunmuş maddələr aşkar edilib. Prokurorluğun açıqlamasında, həmçinin İlyas Yalçıntaşın qan və saç analizlərində bir neçə növ narkotik maddənin izlərinin təsbit olunduğu bildirilir.

İlyas Yalçıntaş isə irəli sürülən bütün ittihamları rədd edir.

Qeyd edək ki, son aylarda Türkiyədə narkotiklə mübarizə çərçivəsində genişmiqyaslı əməliyyatlar həyata keçirilir.

Əməliyyatlar zamanı İstanbulda aralarında məşhur aktyorlar, televiziya aparıcıları və blogerlərin də olduğu onlarca tanınmış şəxs saxlanılıb.

 

İlyas Yalçıntaşın 10 il həbsi tələb edildi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*