Abrahamyan: “Ermənistan özünün də hesablaya bilmədiyi prosesə girdi”backend

Abrahamyan: "Ermənistan özünün də hesablaya bilmədiyi prosesə girdi"

“Dövlət Gəlirləri Komitəsinin sədri Edvard Ovannisyan jurnalistlərlə söhbətində regional kommunikasiyaların blokdan çıxarılması prosesinə toxunaraq qeyd edib ki, blokdan çıxarma yanaşmaları və məsələlər hazırda müzakirə olunur, son mənzərə yoxdur. Bu da onu göstərir ki, sərhədin haradan açılacağı, hansı iqtisadi imkanların yaranacağı və genişlənəcəyi hələlik bəlli deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Enaket” analitik mərkəzinin rəhbəri (“Dəstək nöqtəsi”) Tiqran Abrahamyan bildirib.

Onun sözlərinə görə, Ermənistan ölkənin bu prosesdən necə çıxacağı ilə bağlı sadə bir hesablamanın olmadığı bir prosesə girib.

Baş nazirdən tutmuş müxtəlif kalibrli partiya məmurlarına qədər hər kəs sevincli bir tonla danışırlar. Amma məlum olur ki, prosesin əvvəlindən Ermənistanın hansı fürsətlərlə və hansı faydalarla ortaya çıxacağını hesablamaq olmur.

“Əminəm ki, təhlükəsizlik mühitinin dəyişdirilməsi, mümkün təhdidlər, əks tədbirlər və risklərin azaldılması vasitələri bu günə qədər ciddi şəkildə araşdırılmayıb.

Bu baxımdan minimal problemlər belə ciddi şəkildə nəzərə alınmır. “Sürücüsüz avtomobil” yüksək sürətlə hərəkət etməyə davam edir; növbəti “qəzanın” nə vaxt baş verəcəyini və bunun hansı nəticələrə səbəb olacağını açıqca proqnozlaşdırmaq çətindir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Fətəliyev Rafael
    Fevral 25, 2021 - 11:04

    ,, Саркисян Серж международного приступник терорист его надо уничтожить

  • Fətəliyev Rafael
    Fevral 25, 2021 - 11:06

    Sarkisyan Serj beynəlxalq cinayətkar terrorçu dur onu məhv etmək lazımdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*