ABŞ 5 yaşdan kiçik uşaqlar üçün COVID-19 peyvəndini təsdiqlədibackend

ABŞ 5 yaşdan kiçik uşaqlar üçün COVID-19 peyvəndini təsdiqlədi

ABŞ səlahiyyətliləri “Pfizer”in “BioNTech” və “Moderna” koronavirus peyvəndlərini beş yaşdan kiçik uşaqlar üçün təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.

Bayden bildirib ki, bu ABŞ-da COVID-19 ilə mübarizədə mühüm addımdır.

Prezidentin sözlərinə görə, ABŞ dünyada bu cür peyvəndlərə icazə verən ilk ölkə olub.

O vurğulayıb ki, bu peyvəndlər təhlükəsizdir və valideynlərə övladının koronavirusun təsirindən qorunduğuna əminlik yaradır.

Prezidentin sözlərinə görə, ABŞ-da 220 milyondan çox amerikalı tam peyvənd olunub, 100 milyondan çoxu isə revaksinasiya olunub./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*