ABŞ-a getmək istəyənlər üçün VACİB XƏBƏR – Bu qadağa ləğv olunurbackend

ABŞ-a getmək istəyənlər üçün VACİB XƏBƏR - Bu qadağa ləğv olunur

Tramp qadağanı ötən il qoyub, bunu ABŞ-dakı işçiləri koronavirus pandemiyasından dolayı yüksəlmiş işsizlikdən qorumaqla izah edib

KONKRET.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın qrin-kart (Green Card) ərizəçiləri üçün ölkəyə giriş qadağasını ləğv edib.

Tramp qadağanı ötən il qoyub, bunu ABŞ-dakı işçiləri koronavirus pandemiyasından dolayı yüksəlmiş işsizlikdən qorumaqla izah edib. Qadağa ilkin olaraq 2020-ci ilin sonunadək qüvvədə olmalıydı, Tramp vəzifə müddətinin son həftələrində onu martın sonunacan uzatdı.

Qapını üzünə bağlamaq…

İmmiqrasiya vəkilləri bu fərmanla bir çox immiqrant vizalarının bloklandığını deyirlər. İmmiqrantlar ABŞ vətəndaşlığı almayanadək ailə üzvlərini ölkəyə gətirə, həyat yoldaşları, yaşı 21-dən aşağı övladları üçün viza müraciəti edə bilməzdilər.

Qadağa işəgötürənin vizayla təmin etdiyi, tibb, yaxud digər yüksək tələbatlı peşəsi olmayan immiqrantlara da aid idi. Qrin-kart almaqdan ötrü lotereya ilə təsadüfən seçilmiş minlərlə şəxs də bu sırada idi.

Bayden fevralın 24-də verdiyi fərmanda qeyd edir ki, qanuni mühacirlərin üzünə qapını bağlamaq “Birləşmiş Ştatların maraqlarına xidmət etmir”.

Trampın fikrincə, immiqrantlar ABŞ-ın əmək bazarına ziyan vura bilər. Bayden bu fikri rədd edərək deyib ki, fərmanlar ailələrin Birləşmiş Ştatlarda qovuşmasına mane olub, ABŞ bizneslərinə ziyan vurub.

Bir neçə gün öncə minlərlə lotereya qalibi məhkəməni udub. İndi onlar vizalarından istifadə edərək ölkəyə girə biləcəklər.

İllik viza sayı 80 minə qaldırıla bilər

Hər il Birləşmiş Ştatlar immiqrantlar üçün 55 minədək viza buraxır. Amma onlardan bəziləri Tramp qadağası dönəmində viza müddətinin qısalığı səbəbindən ABŞ-a köçə bilməmişdilər.

Bayden bu şəxslər üçün hər hansı əlavə tədbir görülüb-görülməyəcəyini açıqlamayıb. Amma illik lotereyada vizaların sayını 80 minə qaldırmağa çağırıb.

Bayden bir çox əcnəbi müvəqqəti işçilər üçün qadağanı qüvvədə saxlamaqla immiqrasiya siyasəti ekspertlərinin bəzilərini təəccübləndirib. Ötən il ABŞ biznesləri bu məsələ üzrə məhkəmə iddiası qaldıranda, federal hakim onu demək olar ləğv elədi. Amma yenə də bəzi mühacirlər qadağadan əziyyət çəkir.

Demokrat Partiyasından olan Bayden keçmiş respublikaçı prezidentin sərt immiqrasiya qaydalarına əks siyasət yürüdəcəyini bəyan edib. O daha öncə Trampın əsasən müsəlman ölkələrindən olanlara səyahət qadağasını ləğv edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*