ABŞ-da andiçmə mərasimini qoruyan hərbçilər COVID-19-a yoluxdubackend

ABŞ-da andiçmə mərasimini qoruyan hərbçilər COVID-19-a yoluxdu

ABŞ-ın yeni prezidenti Co Baydenin inaqurasiyasına təhlükəsizliyi təmin edən Milli Qvardiyanın 200 əməkdaşında COVID-19 aşkarlanıb.

KONKRET.az bu barədə “Wall Street Journal”a istinadən xəbər verir.

Məlumata görə, qəzetə bunu ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşları bildirib.

Virusun kütləvi yayılmasına səbəb hərbçilərin sosial məsafə gözləmədən qeyri-gigiyenik şəraitdə fəaliyyət göstərmələri olub.

Qeyd edək ki, Milli Qvardiya hərbçilərinin Konqresin duracağında yatdıqlarını əks etdirən şəkillər böyük müzakirələrə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*