ABŞ-da daha bir İRQÇİ QƏTL – Polis əlil arabasında olan qaradəriliyə 10 dəfə atəş açdıbackend

ABŞ-da daha bir İRQÇİ QƏTL – Polis əlil arabasında olan qaradəriliyə 10 dəfə atəş açdı

ABŞ-da polis əlil arabasında olan qaradərili kişini xüsusi amansızlıqla qətlə yetirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində polis qaradərili şəxsə 10 dəfə atəş açıb. Entoni Lou adlı kişi hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, polis əlil arabasında olan qaradərili şəxsin bıçaqla kiməsə xəsarət yetirməsi haqqında məlumat alıb. Dərhal hadisə yerinə gələn polis əməkdaşları 36 yaşlı Entoni Lounu saxlamağa çalışıb. Lakin onun əlil arabası ilə hadisə yerindən uzaqlaşmağa çalışdığını görərək 10 dəfə atəş açmağa məcbur qalıb. Beləcə iki uşağı olan qaradərili kişi hadisə yerində dünyasını dəyişib.

Polis idarəsindən verilən açıqlamada Lounun əlindəki bıçağı atacağından qorxduqları üçün ona atəş açdıqları qeyd olunub.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*