Bakıda bu evlərin qiyməti bahalaşdıbackend

Bakıda bu evlərin qiyməti bahalaşdı

Bakı şəhərində oktyabr ayı ərzində fərdi yaşayış evləri seqmentində orta qiymət artımı 13,2 % səviyyəsində qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) bildirilib.

Məlumata əsasən, fərdi evlər seqmentində ən yüksək qiymət artımı Səbaildə müşahidə olunub – 22,8 %. Nizamidə bahalaşma 16,8 %, Nərimanovda 15,9 %, Xəzərdə 15,6 %, Nəsimidə 14,1 %, Sabunçuda isə 13,2 % həddində olub. 

Binəqədidə fərdi yaşayış evlərinin dəyəri 12 %, Suraxanıda 10,9 %, Yasamalda 10,1 %, Xətaidə isə 9,4 % yüksəlib. Qaradağda artım 6,5 %, Pirallahıda isə 7,8 % təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*