Bakının Xətai rayonunda aylıq 150 min manat icarə gəliri olan iri həcmli kommersiya obyekti satışa çıxarılıb.
KONKRET.az xəbər verir ki, Xətai metro stansiyasının yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 11 500 kvadratmetrdir.
Obyekt yüksək səviyyədə təmir olunub və 115 avtomobillik parkinq sahəsinə malikdir. Hazırda uzunmüddətli rəsmi icarə müqaviləsi əsasında fəaliyyət göstərir.
Elan məlumatına görə, obyektin satış qiyməti 30 milyon manatdır. Aylıq icarə gəliri 150 min manat, illik gəliri isə 1 milyon 800 min manat təşkil edir.
Beləliklə, obyektin satış qiyməti illik icarə gəlirinin təxminən 16,7 mislinə bərabərdir.\\yenisabah



