Emre Belözoğlu “Fənərbağça”nın yeni baş məşqçisi oldubackend

Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu

İsmail Kartalın komandadan ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxan “Fənərbağça”nın seçimi yerli mütəxəssis olub.

KONKRET.az xəbər verir ki, türkiyəli futbol şərhçisi Rıdvan Dilmenin “X” hesabında paylaşdığı məlumata görə, İstanbul təmsilçisinin yeni baş məşqçisi Emre Belözoğlu olacaq.

“Son anda Konseysau variantı baş tutmadığı üçün Emre Belözoğlu “Fənərbağça”mızın sükanı arxasına keçdi! Ona ürəkdən uğurlar arzulayıram”, – Dilmen yazıb.

Məlumata görə, “Kasımpaşa” rəhbərliyi Emre Belözoğlunun komandadan ayrılmasına razılıq verib.

“Fənərbağça” rəhbərliyinin bu axşam Belözoğlu ilə görüşəcəyi, sabah isə rəsmi açıqlamanın veriləcəyi gözlənilir. Emre Belözoğlunun klubla müqavilə imzalayacağı təqdirdə “Liverpul”la oyunda komandanı meydana çıxarmaq istədiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*