Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində noyabrın 4-də qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə KONKRET.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
“Magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar noyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq” , – məlumatda bildirilib. pizza hut
