Ermənistanda zəncirvari yol qəzası – 8 nəfər öldübackend

Ermənistanda zəncirvari yol qəzası - 8 nəfər öldü

Ermənistanın Araqatsotn vilayətində 4 avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, hadisə axşam saatlarında İrəvan – Vanadzor magistral yolunda, Tsilkar kəndi ərazisində baş verib. “Jeep Compass”, “Opel Zafira”, “Chevrolet Volt” markalı avtomobillər və yük maşını toqquşub.

Müxtəlif dərəcəli xəsarətlər alan 3 zərərçəkmiş “Ermənistan” tibb mərkəzinə çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları ölənlərin və yaralananların şəxsiyyətini müəyyənləşdirir, qəzanın başvermə şəraitini araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*