Rusiyanın Orenburq vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan azərbaycanlıların şəxsiyyəti məlum olub.
KONKRET.az xəbər verir ki, onlar Elməddin Abışov və Rasət Ocaqverdiyevdir.
Onların əslən Bərdə rayonundan olduğu bildirilir.
18:14
Rusiyada iki azərbaycanlı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
KONKRET.az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə Moskva-Çelyabinsk magistral yolunun 1 230-cu kilometrliyində, Severnı rayonunda baş verib.
İlkin məlumata görə, “Ford Focus” markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.
Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar.
