Fransada etiraz aksiyaları: Saxlanılanların sayı açıqlandıbackend

Fransada etiraz aksiyaları: Saxlanılanların sayı açıqlandı

Fransada davam edən etirazlarda indiyədək təxminən 5000 nəfər saxlanılıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen “BFMTV” telekanalının efirində məlumat verib.

O əlavə edib ki, saxlanılan şəxslərin 70%-i yetkinlərdir.

“Bu, açıq şəkildə göstərir ki, söhbət böyüklərin hərəkətindən gedir, lisey şagirdlərinin etiraz hərəkatının davamından deyil”, – deyə Jerald Darmanen qeyd edib.

Onun sözlərinə görə, 329 nəfər həbs cəzasına məhkum edilib. Nazir bunu “son dərəcə sərt cinayət-hüquqi reaksiya” adlandırıb.

Xatırladaq ki, Fransadakı etiraz hərəkatı sentyabrda müəllim çatışmazlığından və həddindən artıq yüklənmiş cədvəllərdən narazı olan tələbələrin etirazları ilə başlayıb. Əhalinin alıcılıq qabiliyyətinin azalmasına və yanacaq qiymətlərinin artmasına etiraz edən həmkarlar ittifaqları və “sarı jiletlilər” hərəkatının nümayəndələri də etirazlara qoşulublar.

17 oktyabr iğtişaşlarından sonra Fransanın Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün cəlb edilən polis və jandarmların sayını 10 000-dən 70 000-ə çatdırıb. Bir çox şəhərlərdə hakimiyyət tərəfindən küçə aksiyaları qadağan edilib, eləcə də komendant saatı tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*