ABŞ-da “Ford” zavodunda insident: İşçilər təxliyə edildibackend

ABŞ-da "Ford" zavodunda insident: İşçilər təxliyə edildi

“Ford”un Missuri ştatındakı montaj zavodunun işçiləri ərazidə silahlı şəxs olması barədə xəbərlərdən sonra təxliyə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, partlayıcı maddə, tüfəng və tapança ilə silahlanmış naməlum şəxsin zavodun boya sexində özünü barrikada qurması barədə “Ford”un təhlükəsizlik xidmətinə zəng daxil olub.

Bundan sonra işçilərin təxliyəsi, eləcə də müəssisənin bağlanması barədə qərar qəbul edib.

Atışma və insan tələfatı barədə məlumat yoxdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*