ABŞ-da İran casusu terrorçuluqda günahlandırılıb – FOTObackend

ABŞ-da İran casusu terrorçuluqda günahlandırılıb - FOTO

ABŞ prokuroru aprelin 26-da məhkəmə heyətinin üzvləri ilə keçirilən iclasda İrana casusluq edən Aleks Səəbi terror aktı hazırlamaqda və proqram təminatı üzrə mütəxəssisin əslində 2000-2005-ci illərdə terror hücumları üçün ABŞ-ın əsas əhəmiyyətli yerləri barədə məlumat topladığını deyib.

KONKRET.az xəbər verir ki, baş prokurorun köməkçisi Samuel Adelsberq Nyu-Cersidə yaşayan ikili vətəndaşlığı olan 45 yaşlı Aleks Səəbin “Hizbullah” terror təşkilatına işlədiyini və İranın hədəf alınacağı halda ABŞ-ın əhəmiyyətli obyektlərinə hücum etməyə hazırlıq gördüyünü bildirib.

“O, gündüzlər kompüter mühəndisi kimi işləyib, texnologiya şirkətlərində çalışıb və ABŞ vətəndaşlığını qazanıb. Ancaq gecələr Nyu-York, Boston, Vaşinqton və hətta Fransa, Çexiya və Türkiyədə potensial terror hədəflərini müəyyən etməyə çalışan terrorçu olub”, – deyə prokuror köməkçisi bildirib.//Oxu/az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*