ABŞ-da partlayış: Ölən və yaralananlar var – VİDEObackend

ABŞ-da partlayış: Ölən və yaralananlar var - VİDEO

ABŞ-ın Ohayo ştatının Bedford şəhərində polad zavodunda partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, “Schumann & Co” şirkətinin metallurgiya zavodunda baş verən partlayışda azı 14 nəfər xəsarət alıb. Zərərçəkənlərin əksəriyyəti yanıq xəsarətləri alıb.

Yanğınsöndürmə İdarəsi 13 nəfərin xəstəxanaya aparıldığını bildirib. Dağıntılar altından çıxarılan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*