Ölkədə yaxşı maşın ustası niyə tapılmır? – Açıqlamabackend

Ölkədə yaxşı maşın ustası niyə tapılmır? - Açıqlama

Avtomobil sayının artması ilə yanaşı, keyfiyyətli texniki xidmətə ehtiyac da yüksəlir. Lakin avtoservis sahəsində peşəkar ustaların çatışmazlığı həm xidmət keyfiyyətinə, həm də qiymətlərə təsir edən əsas amillərdən biri kimi göstərilir. Bəs usta azlığı avtoservislərdə hansı problemlərə yol açır və bu sahədə peşəkar kadr hazırlığını gücləndirmək üçün hansı addımlar atılmalıdır?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, ölkəmizdə dünyanın tanınmış avtomobil markalarının rəsmi nümayəndəlikləri, diler və distribütor mərkəzləri fəaliyyət göstərir:

“Onların da rəsmi servis mərkəzləri mövcuddur və həmin mərkəzlərdə əsasən sertifikatlı ustalar çalışır. Təcrübəli, perspektivli usta olmaq, işinin peşəkarına çevrilmək istəyənlər də mütəmadi olaraq bu imkanlardan faydalanırlar. Onlar həm praktik təcrübə, konkret olaraq iş üzərində, həm də müxtəlif təhsil və kurslar vasitəsilə biliklərini artırırlar. Ona görə də peşə məktəblərindən və ali məktəblərdən sonra həmin şəxslərin yenidən praktik təcrübə qazanmasına, əlavə kurslar keçməsinə ehtiyac var.

Kadr hazırlığı məsələsinə gəldikdə isə, peşə məktəblərində bu istiqamətdə tədris aparılır. Sadəcə proseslər o qədər sürətlə dəyişir ki, texnologiyalar tez-tez yenilənir, yeni avtomobillər istehsal olunur və nəticədə tədris proqramları yeni mütəxəssis hazırlığında müəyyən qədər geri qala bilir. Bununla yanaşı, fəaliyyət göstərən digər servislərdə də kifayət qədər peşəkar ustalar var. Həmin müəssisələrdə həm sertifikatlı, həm də sertifikatı olmayan, lakin uzun illər təcrübə qazanmış mütəxəssislər çalışır.

Mən deyə bilmərəm ki, Azərbaycanda usta qıtlığı var. Əksinə, yaxşı ustaların kifayət qədər olduğunu düşünürəm”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*