Tsarukyan həbs edildibackend

Tsarukyan həbs edildi

Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan barəsində iyulun 7-də Yerevan şəhər məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

KONKRET.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, Tsarukyan 2022–2024-cü illərdə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması cinayətlərini təşkil etməkdə ittiham olunur. İstintaq çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən iyulun 6-dan etibarən Tsarukyanın malikanəsi və ona məxsus “Multi Qrup” konserninə daxil olan 70-dən çox ünvanda genişmiqyaslı axtarışlar aparılıb.

Qaqik Tsarukyanın vəkili Yerem Sargsyan isə ittihamları rədd edərək, bu prosesin siyasi motivli olduğunu bəyan edib. Müdafiə tərəfinin bildirdiyinə görə, məsələ İranla iqtisadi əməkdaşlıq çərçivəsində yaradılmış birgə palata ilə bağlıdır və Tsarukyan bu işdə zərərçəkmiş tərəf olmalı olduğu halda, şübhəli şəxs qismində cəlb edilib.

İstintaq Komitəsi, həmçinin Tsarukyanın İranla logistika və yükdaşıma əlaqələrinin qurulması adı altında 52 texnika və müxtəlif malların qanunsuz yollarla gətirilməsi, eləcə də bir İran vətəndaşının 930 min dollardan çox dəyərdə yanacağının mənimsənilməsi ilə bağlı araşdırmalar apardığını iddia edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*