Ukrayna dronlarının hücumundan sonra Omsk Neft Emalı Zavodu fəaliyyətini dayandırıbbackend

Ukrayna dronlarının hücumundan sonra Omsk Neft Emalı Zavodu fəaliyyətini dayandırıb

“Reuters” agentliyinin sahə üzrə mənbələrə istinadən verdiyi məlumata görə, Ukrayna dronlarının hücumu nəticəsində Rusiyanın ən böyük benzin istehsalçısı olan Omsk Neft Emalı Zavodunda ciddi fəsadlar yaranıb.

KONKRET.az xəbər verir ki, hücum zamanı zavodun gücünün təxminən 38%-ni təmin edən CDU-10 ilkin neft emalı qurğusu zədələnib. Bununla yanaşı, emal gücünün 37%-ni təşkil edən CDU-11 qurğusu da infrastrukturun zədələnməsi səbəbindən fəaliyyətini dayandırıb.

Omsk Neft Emalı Zavodunun işinin dayanması Rusiyada yanacaq çatışmazlığını daha da dərinləşdirə bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*