Vaşinqton Minsk Qrupundan kənarda vasitəçiliyə hazır olduğunu AÇIQLADI – VİDEObackend

Vaşinqton Minsk Qrupundan kənarda vasitəçiliyə hazır olduğunu AÇIQLADI - VİDEO

“ABŞ ATƏT-in Minsk Qrupundan kənarda Qarabağla bağlı vasitəçilik etməyə hazırdır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays fikir səsləndirib.

Vaşinqtonun fikrincə, Birləşmiş Ştatlar ikitərəfli danışıqlarda müəyyən irəliləyiş əldə edə bilir və bu istiqamətdə daha da yaxşı işləməsi mümkündür.

“Biz 1994-cü ildən Minsk Qrupunun həmsədrləriyik, lakin eyni zamanda Ermənistan və Azərbaycana davamlı və hərtərəfli sülhün bərqərar olunmasına kömək etmək üçün ikitərəfli səviyyədə işləməyə hazır olduğumuzu göstərmişik”, – Prays bildirib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*