ABŞ-dan Rusiyaya mesaj: Litvadakı kontingentin xidmət müddəti uzadıldıbackend

ABŞ-dan Rusiyaya mesaj: Litvadakı kontingentin xidmət müddəti uzadıldı

Litvada yerləşən ABŞ-ın rotasiya batalyonu 2026-cı ilə qədər xidmətini davam etdirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas “LRT” milli radiosunun efirində bildirib:

“ABŞ Litva üçün rotasiya planını təsdiqləyib. Bu o deməkdir ki, ABŞ batalyonu 2025-ci ilin sonuna qədər burada olacaq”.

Anuşauskas ABŞ-ın Litvada batalyonun qalma müddətinin uzadılması qərarının həm də Rusiyaya mesaj olduğunu qeyd edib.

Qeyd edək ki, “Atlantic Resolve” missiyasının bir hissəsi olaraq, ABŞ kontingenti 2014-cü ildən NATO-nun şərq cinahını gücləndirmək üçün Litvada yerləşdirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*