ABŞ Donbasda hərbçilər arasında yoluxucu xəstəlik yayır – Rusiya Müdafiə Nazirliyibackend

ABŞ Donbasda hərbçilər arasında yoluxucu xəstəlik yayır - Rusiya Müdafiə Nazirliyi

Pentaqonun Ukraynanın bioloji layihələrini maliyyələşdirməyə başlaması Donbassda hərbi qulluqçular və sakinlər arasında çoxsaylı yoluxucu xəstəliklərlə yadda qalıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu  keçirdiyi brifinqdə Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov deyib.

“Xarakterikdir ki, 2015-ci ildən – Pentaqon tərəfindən Ukrayna layihələrinin irimiqyaslı maliyyələşdirilməsinə başlanandan – hərbi qulluqçular, eləcə də Luqansk və Donetsk sakinləri arasında çoxsaylı yoluxucu xəstəliklər qeydə alınıb.

Kirillov qeyd edib ki, 2016-cı ildə tulyaremiyaya yoluxma halları 2007-ci illə müqayisədə 9,5 dəfə artıb və xəstələnmə strukturunda da fərqli əlamətlər, o cümlədən  hərbçilər arasında xəstələrin sayı artıb.

O xatırladıb ki, NATO-nun təlimatlarında (Radiasiya, kimyəvi, bioloji və nüvə itkilərinin qiymətləndirilməsi üzrə Təlimat) tulyaremiya prioritet bioloji agentlərdən biri hesab olunur. Məhz bu patogen 2012-ci ildə rəsmi təsdiqi ilə alyansın İsveçdəki poliqonlarda hərbi təlimləri zamanı istifadə edilib. Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*