Keçmiş prezident Trampın evinə basqın edən FTB agentlərinə təhdidlər davam edir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Ədliyyə Nazirliyinin rəsmisi bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, sənədlərin araşdırılması prosesində şahidlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar var. Sənədlərin tam şəkildə ictimaiyyətə çatdırılması üçün vaxt lazımdır. Trampın vəkilləri hələ də bu məsələ ilə bağlı müraciət etməyiblər.
Qeyd edək ki, bu yaxınlarda Federal Təhqiqat Bürosu və Daxili Təhlükəsizlik Departamenti də əməkdaşlarına qarşı təhdidlər və mümkün təxribatlar haqqında bülleten dərc edib.
İqbal Rzayev,
KONKRET.az
