ABŞ Fələstinin BMT-yə üzv olmasına mane olurbackend

ABŞ Fələstinin BMT-yə üzv olmasına mane olur

Fələstin prezidentinin müşaviri Mahmud əl-Həbaş bildirib ki, ölkə ABŞ-nin  müqavimətinə baxmayaraq, BMT- yə tamhüquqlu üzv olmaq cəhdini davam etdirməyi planlaşdırır.

KONKRET.az “RİA Novosti”yə istinadən  xəbər verir ki, müşavir bildirib ki,  Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq üçün səylərini davam etdirir: “Düzdür, burada ABŞ Fələstinə maneə yaradır. Hər bir çətinliyə baxmayaraq Fələstin BMT-nin tamhüquqlu üzvü olacaq”. Fələstin prezidentinin müşaviri sonra əlavə edib ki, dövlətçiliyin daha çox ölkə tərəfindən tanınması üçün səylər davam edir. Bundan əvvəl əl-Həbaş İsrailin Qəzza zolağında ağ fosfordan istifadəsinin sənədləşdirildiyini və sübutların Beynəlxalq Cinayət Məhkəməsinə  ötürüldüyünü bildirmişdi .

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*