ABŞ “Grey Eagle” PUA-larını Ukraynaya verməkdən İMTİNA ETDİ – SƏBƏBbackend

ABŞ "Grey Eagle" PUA-larını Ukraynaya verməkdən İMTİNA ETDİ - SƏBƏB

ABŞ münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələrini qabaqcıl MQ-1C “Grey Eagle” pilotsuz təyyarələri ilə təmin etməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ rəsmiləri Ukrayna ordusunun bu dronlardan Rusiya ərazisini bombalamaq üçün istifadə edə biləcəyindən ehtiyat edir.

“ABŞ pilotsuz təyyarədəki texnologiyanın döyüş meydanında oğurlana biləcəyindən narahat olub. Lakin bu, qərarın əsas səbəbi deyil”, – məlumatda deyilir.

İyun ayında “Politico” öz mənbələrinə istinadən yazıb ki, ABŞ MQ-1C “Grey Eagle” pilotsuz uçuş aparatlarının Ukraynaya verilməsində çətinlik çəkir. Çünki bu tip PUA-lardan istifadə üçün xüsusi hərbi hazırlıq tələb olunur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*