ABŞ-ın açıqlamasından sonra neft ucuzlaşdıbackend

ABŞ-ın açıqlamasından sonra neft ucuzlaşdı

ABŞ-ın Energetika Nazirliyi tərəfindən ölkədəki neft ehtiyatları və hasilat açıqlandıqdan sonra dünya bazarında “qara qızıl”ın qiyməti təxminən 4,5% ucuzlaşıb.

KONKRET.az xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 4,46% ucuzlaşaraq 40,73 dollar olub. WTI markalı neft isə 4,63% ucuzlaşma ilə bir barelə görə 38,5 dollar təşkil edib.

Qeyd edək ki, ABŞ-ın Energetika Nazirliyi ölkədə neft ehtiyatlarının 540,7 milyon barelədək artdığı barədə məlumat yayıb. Bundan başqa, məlumata görə, ABŞ-da 11 həftə ərzində ilk dəfə neft hasilatı 500 min barel artaraq 11 milyona çatıb.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*