ABŞ xarici ölkələrdə iğtişaşlar törətdiyini etiraf etdi – VİDEObackend

ABŞ xarici ölkələrdə iğtişaşlar törətdiyini etiraf etdi - VİDEO

BMT ABŞ-ın keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun digər ölkələrdə dövlət çevrilişi cəhdlərini dəstəklədikləri barədə açıqlamasına reaksiya verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsünün müavini Farhan Hak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib:

“Biz beynəlxalq təşkilat olaraq hər hansı bir ölkədə demokratik olmayan qüvvələrin ixtişaşına qarşıyıq”.

BMT-nin bu bəyanatı Con Boltonun televiziya proqramında özünün ABŞ sərhədlərindən kənarda “çevriliş planlaşdırmasında” şəxsən iştirak etdiyini vurğulamasına cavab olaraq verilib.

Qeyd edək ki, Bolton iyulun 12-də CNN telekanalına müsahibəsində etiraf edib ki, o, ABŞ hüdudlarından kənarda “çevrilişlərin planlaşdırılmasında” iştirak edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*