Federal Təhqiqatlar Bürosu (FTB) Amerikanın Boliviyadakı keçmiş səfiri Manuel Roçanı Kuba hökuməti üçün casusluq ittihamı ilə saxlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 73 yaşlı Manuel Roça FTB-nin uzun sürən əks-kəşfiyyat araşdırması nəticəsində Mayamidə (Florida) saxlanılıb. Roça Kuba hökumətinin maraqlarını təbliğ etməkdə ittiham olunur.
Məhkəmə iclası dekabrın 4-də olacaq. Roçanın işi ilə bağlı daha çox məlumatın həmin gün ortaya çıxacağı gözlənilir.
Manuel Roça 25 il ABŞ-ı diplomatik arenada təmsil edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az