Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara ev sahibliyi etməkdən məmnunuq.
APA-nın xəbərinə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger jurnalistlərə açıqlamasında bildirib.
Səfir qeyd edib ki, görüşün məqsədi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasına töhfə verməkdir.
