ABŞ-ın Rusiyanın 22 hərbi şirkətinə sanksiya tətbiq etməsinin effektivliyinə kimlər inanmır?- ƏTRAFLIbackend

ABŞ-ın Rusiyanın 22 hərbi şirkətinə sanksiya tətbiq etməsinin effektivliyinə kimlər inanmır?- ƏTRAFLI

“ABŞ Rusiyanın müdafiə sənayesinə qarşı sanksiyalar elan etdi. Lakin bu ən doğru addım deyil”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Çinin “Global Times” nəşri yazır. Nəşr daha sonra iddia edir ki, “Rusiyada silah istehsalçılarına və bu silahları istehlak edənlərə ciddi zərər vurmaq və Ukraynada Rusiyanı diz çökdürmək məqsədi ilə ABŞ bu yaxınlarda Rusiyanın müdafiə sənayesinə qarşı yeni sanksiyalar elan etdi. ABŞ adminstrasiyası və onların müttəfiqləri bunun Moskva üçün həyati gəlir mənbəyi olan silah ticarətinə ciddi təsir edəcəyini düşünürdü. Lakin sanksiyalar ABŞ-ın arzuladığı qədər təsirli deyil. Çünki Rusiyanın müdafiə sənayesi müstəqildir və Qərbdən heç bir asılılığı yoxdur.

Analitiklərin şənbə günü dediyi kimi, “Rusiya hərbi texnikasının real döyüş şəraitində istifadəsi onun yüksək keyfiyyətli reklamına çevriləcək və Rusiyanın silahına tələbatı artıracaq”. Onların fikrincə, ABŞ Rusiyadan böyük miqdarda silah alan Hindistana da sanksiya tətbiq etməyəcək. Çünki onlar hələ də ondan Çinə təzyiq etmək üçün istifadə etmək niyyətindədirlər.

“Müdafiə News” yazır ki, Dövlət Departamentinin çərşənbə günü elan etdiyi sanksiyalar ordu üçün döyüş təyyarələri, piyada döyüş maşınları, elektron döyüş sistemləri, raketlər və pilotsuz uçuş aparatları istehsal edən 22 Rusiya şirkətini hədəf alır.

Ağ Ev düşünür ki, Rusiyanın müdafiə sektoruna qarşı sanksiyalar Rusiya silah istehsalçılarına və istehlakçılarına ciddi ziyan vuracaq.

“Global Times”,

Çin. 5 mart 2022.

Tərcümə etdi: Lətif.A

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*