ABŞ İrana taktiki nüvə atacaq, Tehran yerlə-yeksan olacaq? – ŞOK SSENARİbackend

ABŞ İrana taktiki nüvə atacaq, Tehran yerlə-yeksan olacaq? - ŞOK SSENARİ

İrana hücumlar fonunda vəziyyətin hər ötən gün daha da qəlizləşməsi ABŞ-ın taktiki nüvədən istifadəsini gündəmə gətirir. Qeyd edək ki, taktiki nüvə qısa arealı əhatə edir və Tehrana atılması, şəhərin yerlə-yeksan edilməsi mümkündür. Çünki müharibənin uzanması Trampa heç sərf etmir Əks halda ABŞ-da onu linç edəcəklər. Bu zaman heç Netanyahu da Trampa kömək edə bilməyəcək.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, taktiki nüvə zərbəsinin endirilməsi bu dəqiqə gündəmdə deyil:

İlham Əliyev yeni dövlət qurdu” – Əziz Əlibəyli

“Bu ehtimal aşağıdır, çünki belə bir zərbə qlobal fəlakətə səbəb ola bilər. Nəzərə alaq ki, hansısa başqa ölkə, məsələn Şimali Koreya eyni addımı ata bilər. Bu, artıq formalaşan nüvə əsaslı sistemin dağılmasına gətirib çıxara bilər. Çəkindirici güc kimi nüvə silahı ən azı 8-9 ölkədə mövcuddur. Odur ki, prosesə bu nöqteyi nəzərdən yanaşmaq lazımdır”.

Ekspertin sözlərinə görə, hazırda ABŞ və İsrail mərkəzlərə zərbə endirir və lokal əməliyyatlar aparır. Əgər bundan kənara çıxsalar, bu, öz-özlüyündə münaqişəni daha da alovlandıracaq. Ümumiyyətlə bölgənin radiasiya ilə çirklənməsi, qaçqın axını, iqtisadi zərbələr bölgəni idarəolunmaz həddə qədər gətirib çıxara bilər. Düşünürəm ki, buna gedilməyəcək”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*