ABŞ-ın İrana qarşı siyasəti dəyişib. Belə ki, hava zərbələri nəticə vermədiyi üçün Vaşinqton daha sərt iqtisadi təzyiq yolunu seçib. Əsas zəif nöqtə isə gözlənildiyi kimi hərbi yox, coğrafi amildir.
KONKRET.az xəbər verir ki, İranın neft ixracı faktiki olaraq dayanıb.
ABŞ donanması birbaşa Hörmüz boğazına girmədən, uzaq məsafədən nəzarət və təzyiq vasitəsilə tankerlərin marşrutunu dəyişdirir.
Hörmüz boğazı uzun illər İranın əsas üstünlüyü sayılsa da, əslində onun zəif nöqtəsinə çevrilib.
Ölkənin xarici ticarətinin təxminən 90%-i, neft ixracının isə böyük hissəsi məhz bu dar dəhlizdən asılıdır. Alternativ marşrutlar zəifdir. “Goreh–Cask” layihəsi gözləntiləri doğrultmayıb və hazırda ciddi rol oynamır.
Hazırda idxaldan asılılıq səbəbilə qıtlıq riski artır. Daxili istehsal çatışmır, qiymətlər yüksəlir.
Neft hasilatına zərbə;
İxrac dayanarsa, bəzi yataqlar uzunmüddətli zərər görə bilər.
Nəticə olaraq, iqtisadi təzyiq İran üçün hərbi toqquşmadan daha ciddi risk yaradır və vəziyyətin nə qədər davam gətirəcəyi əsas sual olaraq qalır.
Müşviq Tofiqoğlu
KONKRET.az
