Ronaldu “Ən-Nəsr”lə bağlı qərarını verdibackend

Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi

Portuqaliyalı futbol ulduzu, “Qızıl top” mükafatının beşqat qalibi, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubundakı gələcəyi ilə bağlı qərar verib.

KONKRET.az “365Scores Arabic”ə istinadən xəbər verir ki, o, klubla müqaviləni uzatmağı planlaşdırmır və 2026/27 mövsümü onun peşəkar karyerasında sonuncu ola bilər.

Qeyd olunur ki, Ronaldu artıq “Ən-Nəsr”in rəhbərliyini öz qərarı barədə məlumatlandırıb. Ronaldunun Səudiyyə komandası ilə hazırkı müqaviləsi 2027-ci ilin iyuluna qədər nəzərdə tutulub.

Buna baxmayaraq, klubun nümayəndələri portuqaliyalını bir müddət daha qalmağa razı salmağa çalışırlar. Lakin hazırda ən ehtimal olunan ssenari müqavilənin müddəti başa çatdıqdan sonra onun karyerasını başa vurması hesab edilir.

Cari mövsümdə Ronaldu “Ən-Nəsr”in heyətində 12 matç keçirib və doqquz qol vurub. Ümumilikdə onun peşəkar karyerası ərzində hesabında 985 qol var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*