ABŞ kəşfiyyat orqanları Rusiyanın haker şəbəkəsini MƏHV ETDİbackend

ABŞ kəşfiyyat orqanları Rusiyanın haker şəbəkəsini MƏHV ETDİ

ABŞ Ədliyyə Departamenti Rusiyanın RSocks botnetinin ləğvini elan edib. O, proksi provayder adı altında hərəkət edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Botnet bir neçə host (server) və avtonom botlardan ibarət kompüterlər şəbəkəsidir. Botnetin bir hissəsi kimi bot “zərər çəkənin” cihazında gizli şəkildə quraşdırılır və kəşfiyyat orqanlarına “yoluxmuş” kompüterin resurslarından istifadə edərək əməliyyatlar həyata keçirməyə imkan verir.

Bot spam daha çox kiberhücum göndərir və şəxsi məlumatları ələ keçirir.

Araşdırma zamanı ABŞ-da da universitet, otel, televiziya studiyası, elektronika istehsalçısı və fiziki şəxslər botnetin qurbanı olub.

Xüsusi əməliyyat çərçivəsində ABŞ Federal Təhqiqat Bürosu Almaniya, Niderland və Böyük Britaniyanın hüquq-mühafizə orqanları ilə birlikdə şəbəkə infrastrukturunu sıradan çıxarıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*