“ABŞ-nin nüvə sınaqları keçirməyə texniki ehtiyacı yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Cil Hrubi deyib.
O bildirib ki, nüvə sınağı ilə bağlı müxtəlif iddialar səsləndirilir, ancaq buna hazırda ehtiyac yoxdur.
Xatırladaq ki, fevralın əvvəlində Hrubi ABŞ-nin yeraltı nüvə sınaqlarını bərpa etməyə hazır olduğunu bildirmişdi.
Məlik,
KONKRET.az