“ABŞ ordusu Ukraynadakı vəziyyəti artıq tam dərk edir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri rusiyalı politoloq Sergey Markov səsləndirib. O bildirib ki, Ukraynada xüsusi əməliyyat tam sürətlə davam edir: “Ukraynadakı hərbi əməliyyatların nəticəsindən biri də ABŞ ordusunun sayının 476 mindən 466 minə endirilməsi olub. Səbəb orduya qəbul kampaniyasının uğursuzluğudur. Cəmi 50 faiz yığım tamamlanıb”, – deyə Markov vurğulayıb.
Ekspert növbəti il mənzərənin dəyişməyəcəyini, hətta daha da pisləşəcək. Buna səbəb amerikalı gənclərin Ukraynada rus qoşunlarına qarşı döyüşməyə göndəriləcəklərindən qorxaraq orduya yazılmaq istəməməsidir.
Markov əlavə edib ki, Kiyev hələ heç bir əməliyyat zonasında kiçik bir qələbə də qazana bilməyib: “Məhz bu səbəbdən Ukraynanın cənubda Zelenskinin elan etdiyi əks-hücuma gedilə bilməz. Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusunun Xerson yaxınlığında cəmləşməsinə imkan verməməsi və zərbələr endirməsi Kiyevin bu hərbi avantürasını tamamilə puça çıxarır” – deyə rusiyalı ekspert fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
