ABŞ Qəzzada girovları axtarmaq üçün PUA-lardan istifadə edirbackend

ABŞ Qəzzada girovları axtarmaq üçün PUA-lardan istifadə edir

ABŞ Qəzza zolağında Həmas-ın saxladığı girovları axtarmaq üçün kəşfiyyat pilotsuz uçuş aparatlarından istifadə edir.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, PUA-larla girovların axtarışı azı bir həftədir ki, davam edir. ABŞ administrasiyası, 10 Amerika vətəndaşının HƏMAS tərəfindən saxlanılan 200-dən çox girovun arasında ola biləcəyinə inanır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Fələstin-İsrail münaqişəsi zonasında hərbi əməliyyatlarda bir sıra fasilələrin təmin edilməsinin tərəfdarıdır.

Onun sözlərinə görə, bu, Qəzza zolağına humanitar yardımın çatdırılması və insanların, o cümlədən girovların təhlükəsiz çıxarılmasını təmin etmək üçün vacibdir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*